Nazir yeni rəis təyin etdi

nazir-yeni-reis-teyin-etdi
Oxunma sayı: 11102

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmri ilə Nazim Mahmudov Xidmətin rəisi təyin edilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib.

Qeyd edək ki, Nazim Mahmudov bundan öncə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi vəzifəsində çalışıb.