Nazirə yeni müavin təyin olundu

nazire-yeni-muavin-teyin-olundu
Oxunma sayı: 10925

Energetika naziri Pərviz Şahbazova yeni müavin təyin olunub.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Orxan Namiq oğlu Zeynalov nazir müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Orxan Zeynalov 2002 və 2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb. 2003-cü ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri yerinə yetirmiş O.Zeynalov 2020-2022-ci illərdə Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2022-2024-cü illərdə isə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.