Nazirin işdən çıxardığı qardaşı oğlu imiş

nazirin-isden-cixardigi-qardasi-oglu-imis
Oxunma sayı: 7364


“Qafqazinfo” xəbər verir ki, Rövşən Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. Nazir onu "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi  vəzifəsindən azad edib. 

R. Məmmədovun atası  Loğman Məmmədov isə Nəqliyyat Nazirliyinin ən böyük avtobazalarından birinə rəhbərlik edir.

Nazirin qardaşı oğlunun yerinə təyinat alan şəxs isə Elmixan Hacıyevdir. O, əvvəl nazirlikdə təhlükəsizlik xidmətində işləyib.

Qeyd edək ki, ötən il Loğman Məmmədovun qızı Günay Ələsgərova avtomobil qəzasında dünyasını dəyişib.

Xatırladaq ki, Rövşən Məmmədov 2012- ci ildə bu vəzifəyə təyin edilib.  O vaxta qədər MMC-nin rəisi Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə olub.