Nazirlik əhalini ehtiyatlı olmağa çağırdı

Nazirlik əhalini ehtiyatlı olmağa çağırdı
Oxunma sayı: 7577

Havanın dəyişəcəyi, güclü küləyin əsəcəyi, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ilə əlaqədar əhalini ehtiyatlı olmağa çağırırıq. 

"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. 

O, vətəndaşlara müraciət edib ki, uşaqları soyuq və küləkli havada nəzarətsiz buraxmasınlar, ağacların altında durmasınlar, avtomobillərini ağacların altında saxlamasınlar.

Nazirliyin sözçüsü onu da bildirib ki, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənildiyindən sürücülərə son dərəcə diqqətli olmaları tövsiyə edilir.