Neft Emalı Zavodundakı yanğın söndürüldü - Video - Yenilənib

neft-emali-zavodundaki-yangin-sonduruldu
Oxunma sayı: 10836

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

***

“SOCAR Downstream Management” MMC-dən saytımıza bildirilib ki, yanğın Neft Emalı Zavodunun koks qurğusunda qeydə alınıb:

“Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən alovun söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisə nəticəsində xəsarət alan yoxdur. Əlavə məlumat təqdim olunacaq”.

***

FHN-in yaydığı son məlumata görə, Neft Emalı Zavodundakı yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.