“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı - Video+Fotolar

neftci-qarabagin-azarkeslerini-oyuna-buraxmadi
Oxunma sayı: 3210

Bu gün “Neftçi” və “Qarabağ” komandalarının əvəzedici heyətləri arasında oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi”nin 2:0 qələbəsi ilə başa çatan matça “Qarabağ”ın azarkeşləri buraxılmayıb.

Onların matça buraxılmamasının səbəbi bəlli deyil.

Amma sosial şəbəkələrdə yazılanlara görə, dünən komandaların U-17 heyətləri arasında matç keçirilib. Həmin oyunda “Qarabağ” azarkeşləri komandalarına böyük dəstək göstəriblər. Bu səbəbdən də “Neftçi” tərəfi bu gün əvəzedici heyətlərin matçına qonaq komandanın azarkeşlərini buraxmayıb.

Qeyd edək ki, həmin qarşılaşmada “Qarabağ” rəqib komandanı 2:0 hesabı ilə məğlub edib.

İddialara görə, sözügedən qərara ötən gün komandaların U-17 heyətləri arasında baş tutan matçda yaşanan insidentlər səbəb olub. Həmin oyunda “Qarabağ” fanatlarının oturacaqları sındırması və meydana pirotexniki vasitələr (fakel) atması görüntülərdə də öz əksini tapıb.