“Neftçi” üçün yeni sponsor

neftci-ucun-yeni-sponsor
Oxunma sayı: 1565

“Neftçi”nin yeni sponsoru müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, “ağ-qaralar” bununla bağlı mətbuat konfransı keçirib.

Paytaxt təmsilçisinin yeni sponsoru “Buta Global Enerji-Tekstil” şirkətidi. Bir qədər əvvəl “Bakcell Arena”da tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sözləşmə 2 il müddətinə nəzərdə tutulub.

Tədbirdə “Neftçi”nin prezidenti Kamran Quliyev, Media və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyev, paytaxt təmsilçisinin bəzi futbolçuları, “Buta Global Enerji-Tekstil”in baş direktoru Muhterem Ermez, qurumun PR meneceri Səməd Nəsibov iştirak edib.

Anlaşmaya görə, şirkət klubun əsas komandasının geyim tərəfdaşı olacaq.