“Neftçi” Venesuela millisinin üzvünü transfer etdi

neftci-venesuela-millisinin-uzvunu-transfer-etdi
Oxunma sayı: 1155

“Neftçi” növbəti transferini reallaşdırıb.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” Venesuela millisinin yarımmüdafiəçisi Freddi Varqasla anlaşıb.

26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.

Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır.

Qeyd edək ki, o, Venesuela milli komandasında 3 oyun keçirib.