“Neftçi” Azərbaycan millisinin üzvü Elvin Camalovun transferini rəsmən açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, 4 nömrəli formanı geyinəcək 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlanıb.
“Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah” klublarında da çıxış edib. O, milli komandamızın heyətində 20 oyun keçirib.