“Neftçi”nin prezidenti istefa verdi- - Yenilənib

neftcinin-prezidenti-istefa-verdi-
Oxunma sayı: 2547


"Qafqazinfo" Qol.az-a istinadən xəbər verir ki, istefanın səbəbləri haqda yaxın vaxtlarda klub rəhbərliyinin açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. 

Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

***

Sadıq Sadıqovun müşaviri Elnur Əşrəfoğlu “Qafqazinfoya” açıqlamasında Sadıq Sadıqovun istefa verdiyini təkzib edib: “Sadıq Sadıqov istefa verməyib. Bu məlumatların haradan yayıldığını da bilmirəm. Əgər belə bir şey olsaydı, biz məlumat verərdik”.