Neftin qiyməti düşməkdə davam edir

neftin-qiymeti-dusmekde-davam-edir
Oxunma sayı: 2036


“Qafqazinfo”nun RİA Novosti-yə istinadən məlumatına görə, Brent markalı neftin qiyməti yenidən 1,18% düşüb. Hazırda qiymət 54,67 dollarda qərarlaşıb. 

WTI markalı neft isə 1,92% ucuzlaşaraq 45,69 dollardan satılıb. 

Əksər analitiklər qiymətlərin oynaması ilə bağlı nəhəng neft istehsalçısı olan Səudiyyə Ərəbistanından “qara qızıl” ehtiyatlarını azlatmağı gözləsələr də bu, baş vermir. 

Qeyd edək ki, bu il ərzində neftin ən baha qiyməti 63 dollar olub. Bu qiymət fevral ayının sonuna təsadüf edib. Martın əvvəlinən isə neftin qiyməti düşməyə başlayıb.