Neftin qiyməti yenidən düşür

neftin-qiymeti-yeniden-dusur
Oxunma sayı: 2553


“Qafqazinfo” РБК-yə istinadən xəbər verir ki, Brent markalı neftin bir barreli 61 dollardan da aşağı satılıb. Neftin qiyməti 0,56% aşağı düşərək 60,68 dollarda qərarlaşıb. 

WTI markalı neftin qiymətində isə bahalaşma var. Belə ki, WTI-nin bir barrelinin qiyməti 0,2% artaraq 50,62 dollar olub. 

Qeyd edək ki, fevralın sonu-martın əvvəlindən neftin qiymətində artım müşahidə olunurdu. Fevralın son günü Brent markalı neftin qiyməti hətta 63 dollara (62,77) yaxınlaşmışdı. 

Səudiyyə Ərəbistanı neft naziri Əli ən-Nəimi isə açıqlamasında neft istehsalını azaltmaq haqqında düşünmədiklərini bəyan edib. O, alıcıların neftə olan ehtiyacı olduqca istehsalda heç bir dəyişiklik olmayacağını bildirib.