“NEQSOL Holding” Atlantik Şurasının tədbirində iştirak edib

neqsol-holding-atlantik-surasinin-tedbirinde-istirak-edib
Oxunma sayı: 1157

“NEQSOL Holding” Atlantik Şurasının “İqtisadi müharibə dövrü” adlı tədbirində iştirak edərək beynəlxalq tənzimləmələrə uyğunluğunu bir daha təsdiqləyib. Atlantik Şurasının İqtisadi Dövlətçilik Təşəbbüsü tərəfindən Vaşinqtonda təşkil olunmuş tədbirdə “NEQSOL Holding”i Aparat rəhbəri və strategiya üzrə rəhbər Teymur Tağıyev təmsil edib.

Tədbirdə tədricən mürəkkəbləşən iqtisadi mühitdə sanksiyaların rolu, şirkətlərin komplayens qaydalarına və tənzimləmə çərçivələrinə riayət etmələrinin vacibliyi vurğulanıb. Tədbir zamanı, həmçinin ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə keçmiş əməkdaşı Edward Fishman tərəfindən yazılmış “Sıxılma nöqtələri: İqtisadi müharibə dövründə Amerikan gücü” adlı yeni kitabın təqdimatı keçirilib.

“Telekommunikasiya, enerji, texnologiya və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olaraq, beynəlxalq tənzimləmə tələblərinə tam uyğunluğun əhəmiyyətini təsdiq edirik”, - deyə, “NEQSOL Holding”in sədri Yusif Cabbarov bildirib.

“Bu forumda iştirakımız, şəffaf fəaliyyət göstərmək, bütün müvafiq komplayens qaydalarına riayət etmək və məsuliyyətli biznes yanaşması ilə iqtisadi inkişafı dəstəkləmək öhdəliyimizi bir daha vurğulayır”, - Yusif Cabbarov əlavə edib.

“NEQSOL Holding” qlobal əməliyyatların ən yaxşı beynəlxalq təcrübələrə, eləcə də fəaliyyət göstərdiyi bütün yurisdiksiyalarda iqtisadi sanksiyalara və tənzimləyici tədbirlərə uyğunluğunu təmin edir. Holdinq uzunmüddətli iqtisadi artımı və müvafiq tənzimləmələrə uyğunluğunu təmin etmək üçün müvafiq tənzimləyici qurumlarla və sənaye liderləri ilə fəal ünsiyyət saxlayır.

Tədbirdə Atlantik Şurasının və müxtəlif universitetlərin tədqiqatçıları və mütəxəssisləri, ABŞ-də Xəzinə və Ticarət nazirliklərində rəhbər vəzifələrdə çalışmış şəxslər, qlobal şirkətlərin rəhbər şəxsləri və digər tanınmış şəxslər çıxış edib.

“NEQSOL Holding” 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq beynəlxalq tənzimləmələrə və etik biznes təcrübəsinə böyük önəm verir, müvafiq hüquqi çərçivələrə riayət edir və fəaliyyət göstərdiyi bölgələrdə iqtisadi və sosial inkişafı dəstəkləməyə sadiqdir.