Nəriman “Benfika”ya qarşı da oynamayacaq

neriman-benfikaya-qarsi-da-oynamayacaq
Oxunma sayı: 4152

Ötən gün millinin heyətindən çıxarılan “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin zədəsi ciddidir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yığmanın düşərgəsində baldır nahiyəsindən zədə alan Axundzadə 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu isə onun sentyabrın 16-da UEFA Çempionlar Liqasının 1-ci turunda “Benfika” ilə matçda iştirak etməyəcəyi deməkdir.

Məlumatı klubdan saytımıza təsdiqləyiblər.