Nəriman millinin heyətindən çıxarıldı

neriman-millinin-heyetinden-cixarildi
Oxunma sayı: 4664

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.