Bu dəqiqələrdə metronun “Nərimanov” stansiyasında problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, problem nəticəsində stansiyanın platformasında sıxlıq müşahidə olunur.
Qurumdan məsələ ilə bağlı açıqlama veriləcəyi bildirilib.
***
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.
Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.
***
“Bakı Metropoliteni” QSC-dən verilən növbəti açıqlamada bildirilib ki, köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb.
“Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.
Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir”, - açıqlamada qeyd olunub.
***
Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.


Son xəbərlər
Son Xəbərlər