Nərimanovda Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar-Video

nerimanovda-zerife-eliyevanin-xatiresi-anildi
Oxunma sayı: 586

Nərimanovda Zərifə Əliyevanın xatirəsi anılıb.

“Qafqazinfo” xəbər verir ki, rayon ictimaiyyəti, alimlər və ziyalıların iştirak etdiyi tədbirdə Azərbaycan tibb elminin inkişaf tarixində xüsusi yer tutan Zərifə xanımın həyat və fəaliyyətindən bəhs olunub.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Zərifə Əliyevanın Azərbaycan xanımına xas ən gözəl keyfiyyətləri özündə birləşdirən gözəl və qayğıkeş ana, fədakar və sədaqətli ömür-gün yoldaşı, eyni zamanda Azərbaycan tibb elminə böyük töhfələr verən görkəmli alim olduğunu bildirib.

Millət vəkili Hikmət Babaoğlu vurğulayıb ki, akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində müstəsna xidmətləri sayəsində yüksəkixtisaslı gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib.

Millət vəkili Samir Vəliyev isə əsl ziyalı kimi mənalı ömür yolu keçmiş Zərifə xanımın geniş elmi fəaliyyətinin ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına mühüm töhfələr verdiyini bildirib.

Xalq artisti Faiq Sücəddinov isə qeyd edib ki, Zərifə Əliyeva onu tanıyanların yaddaşında xoş xatirələrlə qalıb. O, mehriban həyat yoldaşı, gözəl ana və sözün əsl mənasında böyük ziyalı idi.

Tədbir maraqlı musiqi kompozisiyaları ilə davam edib.