Nəsimi İH-də videomüşavirə keçirildi - Fotolar

nesimi-ih-de-videomusavire-kecirildi
Oxunma sayı: 1422

Nəsimi rayonunda rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, rayon Bələdiyyəsi sədrinin, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi rəisinin, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələri rəhbərlərinin, ictimai təşkilatların rayon şöbələrinin sədrlərinin və bir qrup könüllülərin iştirakı ilə geniş tərkibli videomüşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə ölkə başçısı İlham Əliyevin may ayında keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə məlumatlar verilib. 

Rayon İcra Hakimiyyətinin Baçşısı Asif Əsgərov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə COVID -19 pandemiyasına qarşı aparılan mübarizənin öz bəhrəsini verdiyini bildirib: "İlham Əliyevin rəhbərliyi altında vaxtında görülmüş qabaqlayıcı profilaktik tədbirlər nəticəsində bu virusun ölkəmizdə geniş fəsadlar yaratmasının qarşısı alınıb, çətin günlərdə respublikada xalqla prezidentin birliyi bir daha sübut olunub".

Respublikada keçirilən humanitar və sosial aksiyaların təşkilindən danışan başçı bu işlərdəki əvəzsiz xidmətlərinə görə rayon sakinləri adından Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya öz dərin təşəkkürünü bildirib.

Videomüşavirə zamanı prezidentin ölkənin ictimai –siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərinin, həyata keçirən layihələr haqqında məlumatların ətraflı öyrənilməsi və əhaliyə çatdırılması xüsusi qeyd olunub.