Nəsimi rayonunda polis işçilərinin peşə bayramı qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, Nəsimi Rayon Polis idarəsinin rəisi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub.
Sonra isə Nəsmi Rayon Polis İdarəsinin yeni təmir olunmuş inzibati binasında xidmətdə fərqlənmiş bir qrup polis işçisi ilə görüş keçirilib. Polis işçiləri Fəxri fərmanlarla təltif edilib.
Tədbirin sonunda polis əməkdaşlarının xidməti fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.



Son xəbərlər
Son Xəbərlər