Nəsimidə 20 Yanvar facəsinin ildönümünə həsr olunmuş tədbir keçirildi - Fotolar

nesimide-20-yanvar-facesinin-ildonumune-hesr-olunmus-tedbir-kecirildi
Oxunma sayı: 673

Nəsimi Rayon İcra Hakmiyyətində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri iştirak edib.

Əvvəlcə ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub. 20 yanvar faciəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgi göstərilib.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir:

“Bu faciəyə ilk hüquqi qiyməti ulu öndər Heydər Əliyev verib. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb”.