“Nestle” 40 illik CEO-sunu gizli eşqə görə işdən çıxardı

nestle-40-illik-ceo-sunu-gizli-esqe-gore-isden-cixardi
Oxunma sayı: 3327

“Nestle”, 40 ilə yaxındır şirkətdə CEO vəzifəsində çalışan Laurent Freixi işdən çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, şirkət buna CEO-nun öz köməkçisi ilə yaşadığı gizli münasibəti əsas gətirib.

Tanınmış qida şəbəkəsi yaydığı açıqlamada yeni CEO-nun Filipp Navratil olacağını qeyd edib: “İstintaq, gizli romantik münasibətin “Nestle”nin davranış kodeksini pozduğunu müəyyən etdi. Bu, zəruri qərar idi. “Nestle”nin dəyərləri və idarəçiliyi şirkətimizin möhkəm təməlləridir. “Nestle”də uzun illər xidmət etdiyi üçün Laurentə təşəkkür edirik”.