Niderlandın Baş naziri NATO-nun baş katibi olmaq istəyir

niderlandin-bas-naziri-nato-nun-bas-katibi-olmaq-isteyir
Oxunma sayı: 2651

Niderlandın Baş naziri Mark Rutte NATO-nun Baş katibi postunu tutmaq istədiyini bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə  Niderlandın “Den Haag FM” radiosuna müsahibəsində bildirib.

"Belə bir rol maraqlı olardı, çünki bu, bir neçə il ərzində ciddi qlobal dəyişikliklər dövründə beynəlxalq arenada vəziyyətin inkişafına töhfə vermək imkanı yaradacaq. Əgər belə bir fürsət yaranarsa, hətta bir neçə ildən sonra da mən buna açıq olacağam", - deyə Rutte qeyd edib.