Nikah Almaniyada, toy İtaliyada olacaq

nikah-almaniyada-toy-italiyada-olacaq
Oxunma sayı: 5831

İllərdir sevgili olan türkiyəli aktrisa Özge Gürel və aktyor Serkan Çayoğlu Almaniyada nikaha daxil olacaqlar.

“Qafqazinfo” “Hürriyet Kelebek”ə istinadən xəbər verir ki, mərasim iyulun 16-da baş tutacaq.

Cütlüyün toyu isə İtaliyanın Verona şəhərində olacaq. Bu, avqustun 13-nə təsadüf edəcək.

Qeyd edək ki, illər əvvəl yayımlanan “Kiraz mevsimi” serialının çəkiliş meydançasında tanış olan və münasibətə başlayan Özge ilə Serkan iki həftə əvvəl nişanlanıblar.