“Nikol Paşinyan heç kimə lazım olmayacaq” - Erməni politoloq

nikol-pasinyan-hec-kime-lazim-olmayacaq
Oxunma sayı: 2121

Nikol Paşinyan istənilən halda Ermənistanın Baş naziri postunu tərk etmək məcburiyyətində qalacaq. “Qafqazinfo” bildirir ki, bunu Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində erməni politoloq Viqen Akopyan deyib.

“Mən Nikol Paşinyanın gedəcəyinə şübhə etmirəm. O, imzaladığı hər şeyi yerinə yetirdikdən sonra heç kimə lazım olmayacaq. Heç bir geosiyasi güc mərkəzlərinə, nə ölkə daxilində, nə də öz siyasi komandasına”, - deyə o bildirib.

Akopyan əmindir ki, indi söhbət müvəqqəti qərardan, müvəqqəti insandan gedir:

“Variantlardan biri prezident Armen Sarkisyan ola bilər. Bir neçə ay ərzində o, milli razılıq hökumətinə başçılıq edə bilər...”.