Nişanlısı ilə dənizə getmişdi... - Özü öldü, oğlan isə...

nisanlisi-ile-denize-getmisdi
Oxunma sayı: 8162

Xəzər dənizinin Şüvəlan qəsəbəsi ərazisində nişanlı cütlük dənizdə batıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, Qax rayon sakini, 1990-cı il təvəllüdlü Arzu Hacızərova və nişanlısı Rahib Məmmədov dənizdə çimərkən boğulublar. Dalğıclar R.Məmmədovu dənizdən sağ çıxarsalar da, A.Hacızərovanın meyiti sudan çıxarılıb.

Məlumata görə, onlar bir ay öncə nişanlanıblar, yaxın vaxtlarda toyları planlaşdırılıb.

A.Hacızərova Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin əməkdaşı olub.