“Nur Otan” Siyasi Şuranın bürosunun yeni tərkibini təsdiqlədi

nur-otan-siyasi-suranin-burosunun-yeni-terkibini-tesdiqledi
Oxunma sayı: 807

Qazaxıstanın hakim “Nur Otan” partiyası Siyasi Şuranın bürosunun tərkibində dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı partiyanın Mətbuat xidməti yayıb.

“Partiyanın Siyasi Şurasının qərarı ilə “Nur Otan” partiyasının Siyasi Şurasının bürosunun yeni tərkibi təsdiq edilib”, - deyə məlumatda qeyd olunub.

Büronun tərkibinə 9 nəfər daxil edilib ki, onlar sırasında ölkə Prezidenti, partiyanın sədri Kasım-Jomart Tokayev, parlamentin yuxarı palatasının sədri Maulen Aşimbayev, Qazaxıstan Prezident Administrasiyasının rəhbəri Erlan Koşanov və digərləri var.