“O, bir zənglə Bakıya gəldi” - Zülfiyyədən ittihamlara cavab

o-bir-zengle-bakiya-geldi
Oxunma sayı: 7876

Türkiyəli məşhur aktrisa Meral Konrat ilə xalq artistləri Fəxrəddin Manafov və Zülfiyyə Xanbabayeva arasında yaşanan gərginlik davam edir.

Qafqazinfo” xəbər verir ki, M. Konratın Xanbabayevaya qarşı söylədiyi ittihamlara qarşı tərəf cavab verib.

Xalq artistinin prodüseri Nigar Hacızadə bildirib ki, M. Konrat onları düzgün başa düşməyib:

“Biz bu işdə yox idik. İşi Fəxrəddin müəllim görüb. Bu qədər açıqlama kifayətdir. Züilfiyyə xanım Meral Konratı Azərbaycana çağırmayıb. Bunu niyə başa düşmürlər? O çağırsaydı bütün ittihamlara cavab verərdi. Meral xanım Bakıya gəlib, çəkilib.

Daha sonra bu cür söhbətlər meydana gəlib. Bu klip bir filmdir. Yəqin ki, o düzgün başa düşməyib. Bilmirəm, niyə həmin söhbətlər yenidən açılır? Yenə deyirəm, bizim onunla əlaqəmiz yox idi. Fəxrəddin Manafov və rejissor Ramiz Fətəliyevdən xahiş etdik. Bir telefon zəngi ilə Bakıya gəldi. Biz heç nə etməmişik. Məsələni uzatmaq lazım deyil”.

Elvin Elxan