O da öldü - Qızı və ərindən sonra...

o-da-oldu
Oxunma sayı: 11754

Abşeronda yaşayış evində baş verən partlayışda xəsarət almış “Azəravtoyol” ASC-nin aparat rəhbəri Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova Türkiyədə müalicə aldığı xəstəxanada ölüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışıb və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.

Xatırladaq ki, hadisə oktyabrın 20-si Hökməli qəsəbəsində qeydə alınıb. Ailənin kiçik qızı Banuçiçək elə həmin gün dünyasını dəyişsə də, atası M. Qurbanov oktyabrın 27-də Türkiyədə vəfat etmişdi.

Qurbanovların böyük qızı 12 yaşlı Leylanın isə vəziyyətinin normal olduğu deyilir.