“O şagird müəllimlərə xəsarət yetirir, anası şantaj videosu çəkir” - Video

o-sagird-muellimlere-xesaret-yetirir-anasi-santaj-videosu-cekir
Oxunma sayı: 8492

Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəb şagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, digər şagirdlərə zor tətbiq etməsi ilə bağlı məlumatları təsdiqləyib.

282 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya bildirilib ki, məktəbin 7ç sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir. Şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir:

“O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbiləşərək müəllimlərə də xəsarət yetirir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir”.

Həmçinin oxuyun: Azərbaycanda polkovnikə cinayət işi açıldı

Elçin Quliyevi qorumaq istəyən Rövşən Cahangirov cəzalandırıldı​

Əli Həsənovun Gürcüstanda şirkəti üzə çıxdı​

 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə sorğumuza cavab olaraq bildirilib ki, 282 nömrəli tam orta məktəbin şagirdi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

İdarədən həmçinin qeyd edilib ki, təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür.

***

Sözügedən valideynin məktəbə gələrək dərs prosesinə mane olmasını əks etdirən video sosial şəbəkələrdə də yayılıb:

Gülnar Əliyeva