Obamanın transvestit dayəsi

obamanin-transvestit-dayesi-
Oxunma sayı: 655

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 66 yaşlı İvi ABŞ-ın gələcək prezidenti Barak Obamanın ailəsində xidmətlərinə görə bütün dünyada məşhur olub. “Associated Press”ə müsahibə verən İvi uşaqlıqda qız kimi davrandığı üçün atası tərəfindən döyüldüyünü və 3-cü sinifdə oxuyarkən evdən qaçıb aşbazlığı öyrəndiyini deyib. 1969-cu ildə Obamanın anası Enn Dunham iştirak etdiyi kokteyllərin birində yeməkləri hazırlayan İvi ilə tanış olur və ona artıq 8 yaşı olan Barak Obamanın dayəsi olmağı təklif edir.

Qonşuları o zamanlar İvinin tez-tez qadın paltarları geyinəərk evdən çıxdığını iddia etsələr də o bu iddiaları təkzib edib: “Məni qadın paltarında görməsinə yol verməzdim, amma bir neçə dəfə anasının dodaq boyasını istifadə edərkən yaxalanmışam”.

Obama ailəsi 70-ci illərin əvvəllərində İndoneziyanı tərk etdikdən sonra İvinin həyatı çətinləşir. Bir kişi ilə üç illik əlaqəsi olub, lakin bu münasibətlər sona çatdıqdan sonra yenə tək qalır. Bir müddət dayəlik etmək üçün iş axtarışına çıxsa da tapa bilməyib və seks işçisi işləməyə başlayıb. Lakin ən böyük müsəlman toplumun yaşadığı İndoneziyada travestit və seks işçisi olmaq elə də asan deyil.

İllərlə polislərdən qaçmaq məcburiyyətində qaldıqlarını deyən İvi belə günlərin birində polislərdən qaçarkən dostlarından biri zibil dolu bir çuxura düşür. Uzun müddətli axtarışlardan sonra dostlarının meytini çuxurda tapıblar. İvi o qorxunc gecədən sonra seks işçisi olmaqdan imtina edir.

Obamanı böyütdüyü evdən çox da uzaq olmayan gecəqondulardan birində yaşamağa başlayan İvi dindar həyat sürməyə başlayır. Yaxınlıqdakı məscidə getməyə başlayır.

Həyatdan heç bir şey istəməyən İvi 2008-də həyatının ən böyük şokunu yaşayır. Həmin il ABŞ-da prezident seçkilərinin səhərisi günü qəzetlərdən birində illər əvvəl dayəlik etdiyi ailənin rəsmini görür: “Uzun zamandır unutduğum bir hissi duydum: Qürür”.

Obamanın prezident olması İviyə heç bir maddi üstünlük qazandırmasa da artıq başı dik gəzdiyini deyir: “Birisi mənə pislik edərkən bir zamanlar ABŞ rəhbərinin dayəliyini etmişəm deyirəm”.

Səidə