Oktay Kaynarca da Bakıya gəlir

Oktay Kaynarca da Bakıya gəlir
Oxunma sayı: 2226

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycana gəlir.  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kino və serial ulduzu rol aldığı “Aman Reis Duymasın” filminin Bakıdakı qala gecəsinə qatılacaq. 

Onur Tanın rejissorluq etdiyi ekran işinin premyerası dekabrın 26-da Nizami Kino Mərkəzində olacaq. 

Xatırladaq ki, kinoda məşhur “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialından tanıdığımız obrazlar yer alıb.  





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi