“Moldovanın Rumıniyanın tərkibinə qatılması Kişineunun Avropa İttifaqına (Aİ) daha tez daxil olmasına imkan verəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu fikri Moldova Prezidenti Maya Sandu “Le Monde” qəzetinə müsahibəsində səsləndirib.
“Bu, bizə Aİ-yə daha tez qoşulmağa imkan verər və kömək edə bilər”, - həm də Rumıniya vətəndaşlığına malik olan Sandu deyib.
Bununla belə, dövlət başçısı belə bir qərarın ölkə vətəndaşlarının əksəriyyəti tərəfindən qəbul edilməli olduğunu söyləyib.
Aİ-yə üzvlüyün alternativ yolları haqqında danışarkən Sandu ölkəsinin tanınmamış “Dnestryanı Respublikası” olmadan birliyə qoşulmasını mümkün hesab etdiyini bildirib:
“Bu, mümkün həll yoludur”.
Son xəbərlər
Son Xəbərlər