Ona hökm oxundu - 18 il

ona-hokm-oxundu
Oxunma sayı: 8140

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə G.Hüseynova 18 il, C.Əsgərov 19 və N.Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Günel Hüseynovanın 19 il, Nicat Eyvazovun 10 il, Ceyhun Əsgərovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, bu il yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namətzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində 41 bıçaq zərbəsi vurulmuş meyiti tapılıb. O, "qızıl Məryəm" kimi tanınıb.

Murad Əhməd