Ona inansınlar deyə aeroportda klarnet çaldı - Video

ona-inansinlar-deye-aeroportda-klarnet-caldi
Oxunma sayı: 7363

Klarnet ifaçısı Azər İsgəndərovun Özbəkistan səfəri maraqlı hadisə ilə yadda qalıb.

“Qafqazinfo” Olay.az-a istinadən xəbər verir ki, hava limanında musiqiçinin çamadanının yoxlanışı zamanı özbək təhlükəsizlik əməkdaşları şübhəli əşya “aşkar ediblər”.

Onlar Azərdən çamadanını açmağını istəyiblər. İfaçı onların soyuq silah hesab etdikləri əşyanın əslində adi musiqi aləti (klarnet) olduğunu bildirib. Onun sözlərinə inanmayan hava limanının əməkdaşları o zaman Azərdən klarnetdə ifa etməsini istəyiblər.

Musiqiçi klarnetini quraşdırdıqdan sonra özbəklərə “Vağzalı” ifa edib. Ondan sonra Azəri hava limanından buraxıblar.