“Onda həyat yoldaşım olma potensialını görmədim”

onda-heyat-yoldasim-olma-potensialini-gormedim
Oxunma sayı: 4106

“Ona çox güvəndim. Düşünürəm ki, yaxşı ki, qabağıma çıxdı. Gəldi, həyatımın altını üstünə çevirdi. Sən demə, həyatımın altı üstündən daha möhtəşəm imiş. Sadəcə olaraq alınmadı, olmadı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva ayrıldığı sevgilisindən danışarkən bildirib. Sənətçi “X maqazin”ə açıqlamasında qalmaqalsız bir şəkildə münasibətinə nöqtə qoyduğunu qeyd edib:

“Həyatımda çərçivəli toxunulmaz bir tablo var idi. O tablonu özümüz çəkmişdik. Çox xoşbəxt anlarım idi. Həyatımı yaxşı mənada dəyişib. Ona təşəkkür edirəm. Çox yaxşı insan idi. Dünyanın harasında olursa- olsun, qəlbimdə onun başqa bir yeri var. Çünki çox gözəl nöqtə qoyuldu. Pis xatirələrlə sonlanmadı. Onda həyat yoldaşım olma potensialını görmədim. Tək addımlayıb güclü olduğuma görə, qat-qat güclü birini istəyirəm. İkinci dəfə ana olmaq istəyərdim. Amma məntiqli addım olmalıdır”.