Onlar da “Xəzər”in efirində görünəcək

onlar-da-xezerin-efirinde-gorunecek
Oxunma sayı: 4666

Xəzər TV-də “Komedi xanım” adlı yeni layihə start götürüb. “Qafqazinfo” xəbər verir ki, proqrama Azərbaycanın tanınmış simaları cəlb edilib.

Belə ki, Müşviq Şahverdiyevin aparıcılıq etdiyi şouda Pərvin Abıyeva, Ülfət Bəşir, Sonaxanım Əliyeva, Nuranə Məmmədova, Xəyalə Quliyeva, Çimnaz Sultanova yer alacaq.

Azərbaycan efirinin xanımlardan ibarət ilk şousunda həftənin bazar günü tamaşaçılara müxtəlif səhnəciklər təqdim ediləcək.