Onlar da yenidən aparıcılıq edəcək - Fotolar

onlar-da-yeniden-apariciliq-edecek
Oxunma sayı: 2603

Bu televiziya mövsümündə daha iki tanınmış sima yenidən aparıcılıq edəcək.

“Qafqazinfo” xəbər verir ki, onlardan biri aktyor Elməddin Cəfərov, digəri isə aktrisa Xəyalə Quliyevadır.

E. Cəfərov “Qısa qapanma” adlı şou ilə tamaşaçıların qarşısına çıxacaq. Veriliş həftədə bir dəfə ATV-də yayımlanacaq.  

X. Quliyeva isə “Bir gün sizdə, bir gün bizdə” ilə aparıcı kimi efirə qayıdacaq. O, tamaşaçıları “Xəzər” TV-dən salamlayacaq. Sözügedən veriliş TV8-də yayımlanan “Yemekteyiz”in formatındadır.