Onların anaları imtahan verir - Fotolar + Video

onlarin-analari-imtahan-verir
Oxunma sayı: 6788

Bu gün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən imtahanda gün ərzində 4 min nəfərə yaxın müəllim imtahan verib.  Onlar ibtidai sinif fənni üzrə test imtahanından keçib.

Ümumilikdə isə müsabiqədə iştirak etmək üçün müraciət edən 46 mindən çox namizədin elektron ərizəsi təsdiq edilib.

“Qafqazinfo”nun fotoqrafı da bu gün universitetdə olub və imtahanda iştirak edən müəllimləri gözləyən yaxınlarının, övladlarının maraqlı anlarını kadra alıb. Həmin görüntüləri təqdim edirik:

Fotolar və video: Pərvin Zeynal