“Opel”i qaçırdı, tutuldu

opeli-qacirdi-tutuldu
Oxunma sayı: 954

DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini R.Kərimov yanvarın 16-da Ə.Naxçıvani küçəsindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş M.Əliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.