Oracle Azərbaycanın aparıcı telekommunikasiya şirkəti ilə əməkdaşlığını elan edib

oracle-azerbaycanin-aparici-telekommunikasiya-sirketi-ile-emekdasligini-elan-edib
Oxunma sayı: 3086

Oracle şirkətinin verdiyi məlumata əsasən, Azerconnect şirkəti öz fəaliyyətində innovativ həlləri tətbiq edib.

Məlumat üçün bildirək ki, bununla da Azerconnect şirkəti MDB regionunda Oracle xidmətini şirkətin fəaliyyətində uğurla tətbiq edən ilk telekommunikasiya şirkəti olub.

Azerconnect şirkətinin Baş direktoru Emil Məsimovun sözlərinə əsasən, “Arxa ofis funksiyalarının transformasiyası bütün dünyada iri telekommunikasiya şirkətləri arasında trendə çevrilib. Azerconnect öz müştərilərinə daha rahat və müasir xidmət göstərmək üçün biznesin rəqəmsallaşdırılmasına yönəlik proqramları davamlı olaraq həyata keçirir. Artıq bulud həlli sayəsində xidmətlərlə bağlı bütün mümkün yenilənmələr və dəyişikliklər daha sürətlə baş verəcək və şirkətimiz innovasiya, yeni biliklər və kollektiv təcrübəyə daha sürətli çıxış əldə edəcəkdir”.

Oracle şirkətində ECEMEA (Şərqi və Cənubi Afrika, Orta Şərq və Afrika ölkələri) regionu Tətbiqlər üzrə vitse-prezident Waleed Abdel Hamid qeyd edib ki, “Oracle Fusion Cloud ERP və Oracle Fusion Cloud HCM kimi bulud xidmətlərinin tətbiqi Azerconnect şirkətinin İT, Maliyyə, Satınalma və İR departamentlərinin işinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb. Artıq İR və maliyyə sistemləri daha təhlükəsiz vahid məlumat platformasına qoşulub. Beləliklə, Azerconnect mütəmadi olaraq ən son, avtomatik yenilənmə funksiyalarından yararlanır”.

Azerconnect haqqında:

Azerconnect şirkəti ölkəmizin davamlı inkişaf etməkdə olan İKT və yüksək texnologiyalar sahəsində ilk B2B şirkətdir. Şirkət NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding beynəlxalq şirkətlər qrupu səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

Oracle haqqında:

Oracle kompleks tətbiqlər dəsti ilə yanaşı Oracle Cloud xidmətində təhlükəsiz və avtonom infrastruktur təklif edir. Oracle (NYSE: ORCL) barədə əlavə məlumatı www.oracle.com saytından əldə edə bilərsiniz.