Ordu generalı To Lam Vyetnamın yeni Prezidenti seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, səsvermə 15-ci çağırış Milli Assambleyanın Hanoyda keçirilən yeddinci sessiyası çərçivəsində baş tutub.
Nəticədə 66 yaşlı To Lamın dövlət başçısı seçilməsi haqqında qətnaməni iclasda iştirak edən Milli Assambleyanın 472 deputatı dəstəkləyib.