Ordumuzun əsgəri vəfat etdi - Fotolar-Yenilənib

ordumuzun-esgeri-vefat-etdi
Oxunma sayı: 1421

Azərbaycan Ordusunun əsgəri vəfat edib.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, 21 yaşlı Əli Vahab oğlu Cəfərovun pnevmoniyadan öldüyü bildirilir.

Mərhum ötən gün Gəncədə dəfn olunub.

Digər məlumata görə, o, Gəncə Dram Teatrının quruluşçu rəssamı Vahab Cəfərovun oğludur. Ə.Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinorejissorluq” fakültəsindən məzun olduqdan sonra hərbi xidmətə yollanıbmış.

***

Hərbi Prokurorluqdan “Qafqazinfo”ya bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda 15.12.2025-ci il tarixdə vəfat etməsi faktı əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb: “Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib. Faktla bağlı hazırda araşdırma davam etdirilir”.