“Oskar”da ilk yaşanacaq

oskarda-ilk-yasanacaq
Oxunma sayı: 1997

“Oskar” mükafatının təqdimetmə mərasimində ilk yaşanacaq.

“Qafqazinfo” “The Hollywood Reporter”ə istinadən xəbər verir ki, bu dəfə filmlərdən biri tamaşaçıların səsverməsi nəticəsində qalib elan olunacaq.  

Tviterdə keçirilən səsvermə artıq başlayıb. 2021-ci ildə işıq üzü görmüş istənilən filmə #OscarsFanFavorite həştəqi vasitəsilə səs vermək mümkündür.

Qeyd olunub ki, səsvermədə iştirak edən 5 nəfərə kinoteatrlara bir illik pulsuz biletlər, striminq servislərinə abunə və Kino Sənəti Akademiyası Muzeyindən suvenirlər, 3 nəfərə isə Los-Ancelesə səyahət ödənişi daxil olmaqla, “Oskar-2023” mükafatının təqdimetmə mərasiminə dəvətnamə hədiyyə olunacaq.

“Oskar” mükafatının builki təqdimetmə mərasimi martın 27-də baş tutacaq. Namizədlərin siyahısı ilə buradan tanış olmaq olar.

#OscarsFanFavorite həştəqlərinə əsasən demək olar ki, tamaşaçılardan ilk “Oskar” almağa əsas namizəd Con Uotsonun “Hörümçək adam: Geriyə yol yoxdur” filmidir.