Oteldə qətlə yetirilən “Zaminbank”ın filial müdiri imiş- - Yenilənib

otelde-qetle-yetirilen-zaminbankin-filial-mudiri-imis-
Oxunma sayı: 7948


"Qafqazinfo" milli.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, “Zaminbank”ın Nəsimi rayon filialının müdiri olan Azər Məmmədzadə otelin idman zalında məşq edən zaman bir nəfərlə otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin mübahisəsi yaranıb. Həmin şəxslə məşqçi arasında dava düşüb. Bu zaman Azər onları aralaşdırmaq istəyərkən hələlik adı açıqlanmayan şəxs bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.

Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb. 

***

APA-nın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib.

Hazırda polis hadisəni törədən şəxsin  tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.