Ötən il 2 603 məhkuma elektron qolbaq taxılıb

oten-il-2-603-mehkuma-elektron-qolbaq-taxilib
Oxunma sayı: 686

Ədliyyə Nazirliyi ölkədə qolbaq taxılan məhkumlarla bağlı məlumatı açıqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov deyib ki, ötən il ərzində Probasiya xidməti tərəfindən 9 566 məhkum qeydiyyata alınıb. 10 453 məhkum isə qeydiyyatdan çıxarılıb: “Ötən il ərzində 2 603 məhkuma elektron qolbaq tətbiq edilib. Bu da 2019-cu illə müqayisədə 7,3% çoxdur.

Elektron qolbaq tətbiq olunmuş şəxslərin 2561 nəfəri azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, 19-u cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub, 23 nəfəri isə şərti olaraq məhkum edilmiş şəxslər olub.

Ötən il ərzində cəzanın icrasından boyun qaçıran 1023 məhkumun cəzasının qanunvericiliyə uyğun olaraq daha ağır cəza növü ilə əvəz edilməsi ilə bağlı məhkəmələrə təqdimatlar verilib. Onlardan 575-i təmin edilərək 78 halda islah işləri, 149 halda ictimai işlər, 218 halda azadlığın məhdudlaşdırılması və 309 halda isə azadlıqdan məhkum edilmə ilə əvəz olunub”.