Ötən il Bakıda baş verən cinayətlərin açılma faizi azalıb

oten-il-bakida-bas-veren-cinayetlerin-acilma-faizi-azalib
Oxunma sayı: 1599

2019-cu ildə paytaxtda baş verən cinayətlərin açılma faizi azalıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Bakı şəhər prokuroru İlqar Abbasov bu gün keçirilən müşavirədə bildirib.

O qeyd edib ki, hesabat dövrü ərzində Bakı şəhər prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə edilib. 2018-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 11813 hadisə qeydə alındığı halda, 2019-cu ildə 637 hadisə, azalaraq 11176 hadisə olub. Cinayətlərin açılma faizi 0,4 % azalaraq 79,8 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 30 hadisə və ya 2,3 % azalaraq 1278 olub. İ.Abbasov cinayət hadisələrinin sayının azalması müsbət göstərici kimi qiymətləndirsə də, cinayətlərin açılma faizinin azalması ciddi nöqsan kimi vurğulayıb. O, bağlı qalan cinayətlərin açılması üçün zəruri olan istintaq-əməliyyat və axtarış tədbirlərinin həyata keçirilməsini tələb edib.