Pakistan səfirliyi Azərbaycana başsağlığı verdi

pakistan-sefirliyi-azerbaycana-bassagligi-verdi
Oxunma sayı: 819

Pakistanın Azərbaycandakı səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin rəsmi Tviter səhifəsində yazılıb:

“Azərbaycan helikopterinin faciəvi qəzaya uğraması və nəticədə 14 gözəl gənc zabitimizin həlak olması xəbəri bizi kədərləndirdi. Allah şəhidlərin cənnətdə məqamını uca etsin. Şəhidlərin ailələrinə və qardaş Azərbaycan xalqına dua edirik”.