Parlametdə büdcə müzakirəsi başladı

parlametde-budce-muzakiresi-basladi
Oxunma sayı: 639

“Media forum” saytı xəbər verir ki, müzakirələrə baş nazir Artur Rasizadə, nazirlər və komitə sədrləri, dövlət rəsmiləri qatılıblar. Büdcə layihəsini deputatlara maliyyə naziri Samir Şərifov təqdim edir.

“Media forum” saytının məlumatına görə, iclasda danışan parlament sədri Oqtay Əsədov qeyd edib ki, büdcə zərfinə daxil olan məsələlər ölkə həyatının dinamik inkişafının göstəricisidir: “Doqquz ayın nəticələri göstərir ki, ilin sonuna kimi uğurlu nəticələr əldə olunacaq. Gələn il ümumi daxili məhsulun 57 faizdən çoxu qeyri-neft sektorunun payına düşəcək və ölkə iqtisadiyyatına 14 milyard manat sərmayə qoyulacaq. Orta aylıq əməkhaqqının 432 manata çatdırılması proqnzolaşdırılır. Hazırlanan büdcə kənd təsərrüfatının, turizmin və digər xidmət sahəsinin inkişaf etdirilməsinə yönəlib.

Dövlət büdcəsinin gəlirlərində və xərclərində mühüm kəmiyyət və keyfiyyət dəyişikləri baş verib. Gələn ilin dövlət büdcəsinin gəlirləri hesablanarkən Dünya Bankının konyunkturası hesablanıb, neftin bir bareli 80 ABŞ dolları götürülüb. Beləliklə, büdcə xərcləri cari illə müqayisədə 1,6 faiz çox nəzərdə tutulub. Gələn il üçün nəzərdə tutulan büdcə sosial və investisiya yönümlü büdcədir”.

Spiker deyib ki, 2010-ci ilin büdcə zərfində ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyin gücləndirilməsi də diqqət mərkəzində saxlanır.