Paşinyan Ermənistan MN-ə təlimat verdi - “Atəşkəsi pozmayın”

pasinyan-ermenistan-mn-e-telimat-verdi
Oxunma sayı: 5223

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Müdafiə Nazirliyinə Azərbaycanla atəşkəsi pozmamaqla bağlı təlimat verib.

 “Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır: atəşkəs rejimini pozmayın. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir”, - Baş nazir bildirib.

Qeyd edək ki, bir neçə gündür Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulur.

Azərbaycan MN-dən verilən sonuncu açıqlamada martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutduğu bildirilib.