Paşinyan tərəfdarları qarşısına çıxdı - Video + Yenilənib

pasinyan-terefdarlari-qarsisina-cixdi
Oxunma sayı: 7668

Ermənistan Baş naziri Nikol Paşinyan Respublika Meydanında tərəfdarlarının qarşısına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Paşinyan mərkəzi küçədə gəzərək səs gücləndirici ilə tərəfdarları qarşısında çıxış edir.

“Birincisi, toqquşma təhlükəsi hər zaman var. Ancaq hamımız bunun Ermənistanda baş verməməli olduğu ilə razılaşmalıyıq. Ən əsası hamımızın sakit olmağımızdır. Ölkə içində düşmənimiz yoxdur. Bu, ən vacib həqiqətdir. Ancaq müzakirə edilməsi lazım olan suallar var”,- deyə Paşinyan qeyd edib.

Ermənistan Silahlı Qüvvələrinin hazırda kimə tabe olduğu soruşulduqda, Paşinyan “Xalqa və Baş nazirə”,- deyə cavab verib.

“Başqa variant yoxdur” ,- deyə Paşinyan əlavə edib.

Onun sözlərinə görə, çevriliş təhlükəsi nəzarət altındadır.

“Düşünürəm ki, bu emosional bir reaksiyadır. Və qardaşlarımıza qarşı sərt davranmamalıyıq”,- deyə o qeyd edib.

***

Hazırda Nikol Paşinyan və onun tərəfdarları İrəvanın mərkəzində yürüş edirlər.

Baş naziri oğlu Aşot müşayiət edir. Hökumət başçısının tərəfdarları “Nikol baş nazirdir!” şüarlarını səsləndirirlər.

Paşinyana dəstək aksiyasının təhlükəsizliyi polis qüvvələri tərəfindən təmin edilir.